İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi

İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi
  25 Dekabr 2018    Oxunub:1310
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm

Allah rəhmət eləsin!".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti