Ana həbsdə olan oğluna heroin gətirdi

Ana həbsdə olan oğluna heroin gətirdi
  03 Yanvar 2019    Oxunub:1403
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Qurbanov Ramil Elyas oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Qurbanova Havayət Hacıdədə qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman başmağın daban hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,390 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Həbsxana  





Xəbər lenti