Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  07 Yanvar 2019    Oxunub:1266
Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.

Azvision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti