Emin Hüseynov: “Mehman gündə yarım çörək yeyir” - VİDEO

Emin Hüseynov:  “Mehman gündə yarım çörək yeyir” -  VİDEO
  09 Yanvar 2019    Oxunub:20951
Azərbaycandan qaçaraq xaricə sığınan Emin Hüseynov adlı radikal həbsdə olan qardaşı, blogger Mehman Hüseynovun gün ərzində yarım çörək yediyini deyir.

Azvision.az xəbər verir ki, "Youtube" kanalında canlı yayıma çıxan Hüseynov israr edir ki, qardaşı yarım çörək yesə də, aclıq aksiyası keçirir.
O, bunu belə əsaslandırır: tutaq ki, Mehman əvvəllər gündə bir bütöv çörəyi yeyirdi, indi isə yarısını, bunu aksiya hesab etmək olar. Necə? Mehman həm yeyir, həm də aclıq edir? Bu, necə mümkündür? Bəli, mümkün olmadığı kimi, həm də gülüncdür.

Dünən hüquq müdafiəçiləri ilə görüşən Mehman Hüseynovun qardaşından fərqli olaraq, yeməyindən və saxlanma şəraitindən şikayəti yoxdur.

Görüşdə iştirak edən hüquq müdafiəçisi Sahib Məmmədov və Rauf Zeyninin sözlərinə görə, M.Hüseynov durumundan narazı deyil, səhhəti həkim nəzarətindədir. Eyni zamanda ona vitaminli sistem tətbiq olunacaq ki, sağlamlığı daha da yaxşılaşsın. Aclıq aksiyasından isə söhbət gedə bilməz.



Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Mehman-Hüseynov  





Xəbər lenti