Qubada ceyran ovlayan şəxs saxlanıldı - FOTO

  13 Yanvar 2019    Oxunub : 1465
 Qubada ceyran ovlayan şəxs saxlanıldı - FOTO
Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba rayonu üzrə regional qrupundan verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Tülər kəndi ərazisində ölkəmizdə ovlanması qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib. Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırmalar aparılır.





Azvision.az

Teqlər: Quba   Ceyran   DİN