Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb

 Naxçıvanda qaz və işıqpulu borcu qeydə alınmayıb
  16 Yanvar 2019    Oxunub:3079
Naxçıvan Muxtar Respublikası üzrə 2018-cı ilin dekabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin dekabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 26 milyon 740 min kilovat-saat elektrik
enerjisinin dəyəri 2 milyon 203 min 700 manat olmuş, cəmi 2 milyon 202 min 200 manat vəsait toplanıb
ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Energetika   Naxçıvan  





Xəbər lenti