Ölkə başçısından hindistanlı həmkarına məktub

  25 Yanvar 2019    Oxunub : 1042
Ölkə başçısından hindistanlı həmkarına məktub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezident Ram Nat Kovində təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir: "Hörmətli cənab Prezident,

Hindistan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Hindistan əlaqələri tarixən təşəkkül tapmış xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bu ənənələri daha da zənginləşdirəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Təbrik