İstanbulda gəmi yanıb: 2 nəfər ölüb, 11 yaralı var

  28 Yanvar 2019    Oxunub : 1091
 İstanbulda gəmi yanıb: 2 nəfər ölüb, 11 yaralı var
İstanbulun Tuzla rayonunda yanacaq daşıya gəmidə yanğın olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğının yanacağın boşaldılması zamanı baş verdiyi bildirilir.





Azvision.az

Teqlər: İstanbul   Gəmi   Yanğın