“Formula-1” yarışları daha 3 il Azərbaycanda keçiriləcək - FOTOLAR

“Formula-1” yarışları daha 3 il Azərbaycanda keçiriləcək -  FOTOLAR
  05 Fevral 2019    Oxunub:5698
"Formula-1" yarışları daha 3 il müddətinə Azərbaycanda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, yarışın Azərbaycanda keçirilməsi mühüm amildir və ölkəmiz daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Bununla bağlı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri arasında saziş imzalanıb.

Qeyd edək ki, bu il Bakıda 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək. Yeni qərara əsasən, yarışlar ölkəmizdə 2023-cü ilədək davam edəcək.













Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az



Teqlər: Azad-Rəhimov   Formula-1  





Xəbər lenti