Nazirlikdə İşçi Qrup yaradıldı - Mütəxəssislər rayonlara ezam olunur

  06 Fevral 2019    Oxunub : 1365
 Nazirlikdə İşçi Qrup yaradıldı - Mütəxəssislər rayonlara ezam olunur
Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.
Bu barədə Azvision.az -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Zəlzələ