ATƏT sədri Bakıya gəlib

  05 Mart 2019    Oxunub : 1151
 ATƏT sədri Bakıya gəlib
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə Azərbaycana rəsmi səfərə gəlib.
Azvision.az xəbər verir ki, səfər zamanı M.Layçak ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər Azərbaycanın dəvəti əsasında baş tutub.

Səfərdən öncə jurnalistlərə açıqlama verən Miroslav Layçak vurğulamışdı ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud formatı və Minsk qrupu həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir.

Azvision.az

Teqlər: ATƏT   Qarabağ