Sumqayıtda ağır qəza: Ölən və yaralılar var

  08 Mart 2019    Oxunub : 753
 Sumqayıtda ağır qəza: Ölən və yaralılar var
Martın 7-də saat 23 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində Köhnə Kotec qəsəbə sakini Ə.Nərimanzadə idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Sumqayıt şəhər sakini E.Bağırov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza