Şəmkirdə ağır qəza: Ölən və yaralılar var

  09 Mart 2019    Oxunub : 859
Şəmkirdə ağır qəza: Ölən və yaralılar var
Martın 8-də saat 22 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini R.Kazımovun idarə etdiyi “VAZ-2106” və M.Şahbazoğlunun idarə etdiyi “İveco” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Kazımov və sərnişini, həmkəndlisi Elxan Cəlilov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza