Gürcü liderlər: Qamsaxurdiyadan Marqvelaşviliyə...

Gürcü liderlər: Qamsaxurdiyadan Marqvelaşviliyə...
  16 Noyabr 2013    Oxunub:1083
Gürcüstanda artıq yeni siyasi dönəm başlayır. Sonuncu prezident seçkilərində oyundan kənarda qalan Mixail Saakaşvili postunu itirməli oldu. Fəaliyyəti zamanı gürcülər ölkəsində həddən ziyadə demokrat obrazı yaradan M.Saakaşvili postunu rəsmən noyabrın 17-dən etibarən yeni prezident Georgi Marqvelaşvili tutacaq.

44 yaşlı Marqvelaşvili Gürcüstanın sayca 4-cü prezidentidir. Gənc ölkənin indiyədək cəmi 4 prezidenti olub. Belə ki, Gürcüstana Zviad Qamsaxurdiya, Eduard Şevardnadze və Mixail Saakaşvili rəhbərlik edib. Fərqli siyasi kursları daşıyan liderlər özünəməxsus fəaliyyətləri ilə seçiliblər.

AzVision.az saytı tarixə düşən gürcü prezidentlərin fəaliyyətini qısa ixtisarla təqdim edir:

Qətlə yetirilən prezident...



Müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya olub. Qamsaxurdiya azərbaycanlılara qarşı radikal mövqeyi ilə seçilib. Onun hakimiyyətdə olduğu dövrdə Gürcüstanda gürcü-osetin, gürcü-abxaz münaqişələri daha da şiddətlənib. Bu isə öz növbəsində ölkədaxili gərginliyin artmasına və hakimiyyətinin zəifləməsinə səbəb olub.

Qamsaxurdiya iqtidarı zaman Gürcüstanda yaşayan azərbaycanlılara qarşı da ardı-arası kəsilməyən təqiblər həyata keçirilirdi. O, soydaşlarımızın yaşadığı Borçalı bölgəsinə qərbi Gürcüstandan svanları gətirərək onları Borçalıya yerləşdirib (əsasən Dmanisi rayonuna) və silahlandırırdı. Bu isə çoxsaylı münaqişlələrə yadda qaldı.

Nəticədə on minlərlə Gürcüstan vətəndaşı olan azərbaycanlının doğma yurd-yuvasını tərk edib Azərbaycana köçü başladı.

İlk prezidentin antimilli mövqeyi Gürcüstanı və eləcə də qonşu ölkələrin narazılığına gətirib çıxardı. Qamsaxurdiya yenicə müstəqillik qazanan Gürcüstanda heç nə edə bilmədi.
Əksinə, qonşu ölkədə hakimiyyətə qarşı xalq qiyamı alovlanmağa başladı.

1992-ci ildə Tbilisidə baş verən qanlı toqquşmalar Qamsaxurdiya hökumətinin devrilməsinə səbəb oldu.

Müəmmalı şəraitdə qətlə yetirilmiş Zviad Qamsaxurdiyanın cənazəsi Çeçenistana aparılıb və o Qroznı şəhərində dəfn olunub.

Qamsaxurdiyanın ölümündən sonra Gürcüstanda vəziyyət bir qədər stabilləşməyə başlayır. Gürcü xalqı SSRİ-nin baş diplomatını ali posta gətirməyə müvəffəq olur.

Şevarnadze hakimiyyəti



Gürcüstana başçılıq edən ikinci prezident Eduard Şevardnadzedir. O, 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. O,1992-ci ilin martın 10-da Gürcütsan prezidenti seçilib. 1995-2000-cü illərdə də seçkilərdə qalib gələrək növbəti dövr üçün öz postunda qala bilib.

1995-ci ilin avqustu və 1998-ci ilin fevralında ona qarşı iki dəfə sui-qəsdə cəhd olunub.

Fəaliyyəti zamanı Şevarnadze ölkədə çətinliklə də olsa stabilliyi bərpa etməyi bacardı. Onun siyasi gedişi xələfindən fərqli idi. Mehriban qonluşuluq, Rusiya ilə ikitərəfli əməkdaşlıq və Qərbə açıq Gürcüstan- yeni prezidentin əsas priritetlərini təşkil edirdi. Sovet siyasi məktəbindən çıxan Şevardnadze narazı gürcülərin könlünü ala bilirdi.

Lakin o da cəmi 11 il prezident ola bilir.

Şevardnadze Saakaşvili əvəzləməsi



2003-cü ildə Gürcüstanda yeni - Saakaşvili dövrü başladı. O özündən əvvəli prezidentlərindən çox fərqli idi. Tarixə Gürcüstanın xilaskarı kimi adını yazdıran Saakaşvilinin hakimiyyət gəlişi heç də özü kimi demokratik alınmadı. SSRİ-dən canını filas edən gürcülər Rusiya meyilli Şevarnadzeni inqilabla devirdilər.

Saakaşvili bildiyimiz kimi 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş “Qızılgül inqilabı”nın əsas ideya müəllifi olub və 15 yanvar 2004-cü ildə prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilib.

Qərbə və Ameriya yönülmü Saakaşvili Gürcüstandan tam fərqli mühit yaratmağa başlad. Rusları özünə “düşmən” hesab edən gənc prezident ölkədə köklü islahatlar apararaq keçmiş post-sovet məkanında demokratik abhava yarada bildi. O, 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanaraq xalqın istəyi ilə hkimiyyətdə qaldı.

Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili həmçinin Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri, sonra məlum olduğunu kimi prezident postunu tutub. Ölkə qanunvericiliyə əsasən Saakaşvili ikinci prezidentlik fəaliyyətini başa vurduqdan sonra növbəti seçkilərə qatıla bilməzdi.

İvanişvilinin kadrı – Marqvelaşvili



Bu ilin oktyabrın 27-də keçirilən prezident seçkilərində Gürcüstanın yeni prezidentinin kimliyi məlum oldu. Gürcü arzusu" koalisiyasından seçkilər qatılan Georgi Marqvelaşvili böyük səs çoxluğu ilə seçimlərdə qalib gələrək bu posta Mixail Saakaşvilini əvəzlədi.

44 yaşlı yeni prezidenti 4 sentyabr 1969-cu ildə Tiflisdə anadan olub. 1992-ci ildə Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib, 1993-1994-cü illlərdə Mərkəzi Avropa Universitetində sosiologiyanı öyrənib. Yeni prezident İvanişvilinin komandasında təhsil naziri postunda çalışıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti