Azərbaycanda bayram günlərində 30 nəfər zəhərlənib

  27 Mart 2019    Oxunub : 946
 Azərbaycanda bayram günlərində 30 nəfər zəhərlənib
Bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 30 nəfər müraciət edib.

Bu barədə Azvision.az -a Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O, bildirib ki, müraciət edən şəxslərdən 21 nəfəri qəbul olunub.
“Bayram günlərində əsas müraciətlər dəm qazı ilə əlaqədar olub. Belə ki, 12 nəfər dəm qazı ilə müraciət edib, onlardan 7-i qəbul olunub. 4 nəfəri qadındır. Onların vəziyyətləri yüngül, orta-ağır olub. 10 nəfər dərman zəhərlənməsi ilə müraciət edib. Onlardan 8 nəfəri qəbul olunub ki, bunun da 6-ı qadın olub. Sirkə turşusu ilə 1 nəfər qadın müraciət edib, vəziyyəti ağır olub, dünən evə yazılıb. 7 nəfər isə allergik reaksiya ilə müraciət edib. 5 nəfəri qəbul olunub, bunun isə 2-i uşaq, 3-ü qadındır. Bayram günlərində qəbul olunan bütün xəstələr evə yazılıb”, - deyə A.Maqsudov qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Azər-Maqsudov   Zəhərlənmə