Neftçalada 22 yaşlı ana doğuş zamanı ölüb

  27 Mart 2019    Oxunub : 1690
 Neftçalada 22 yaşlı ana doğuş zamanı ölüb
Neftçala rayonunda ana ölümü hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, 22 yaşlı rayon sakini Gülnaz Abdullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib. Onun dünyaya gətirdiyi körpə isə sağ qalıb.
Faktla bağlı araşdırma aparılır. G.Abdullayevanın ölüm səbəbi hələlik məlum deyil.

Azvision.az

Teqlər: Neftçala   Ölüm