Azərbaycan ən çox bu ölkələrə məhsul göndərib

  30 Mart 2019    Oxunub : 1529
 Azərbaycan ən çox bu ölkələrə məhsul göndərib
Bu ilin yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən iki ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Almaniya qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 187 milyon 392 min ABŞ dolları, Türkiyəyə 274 milyon 742 min dollar, Almaniyaya isə 240 milyon 647 min dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 239 milyon 616 min dollar, Türkiyə ilə 471 milyon 377 min dollar, Rusiya ilə isə 340 milyon 512 min dollar təşkil edib.

Azvision.az

Teqlər: DGK   Məhsul