“Barsa” son anda məğlubiyyətdən xilas oldu - VİDEO

  03 Aprel 2019    Oxunub : 1051
“Barsa” son anda məğlubiyyətdən xilas oldu - VİDEO
İspaniya La Liqasında 30-cu tura start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə lider "Barselona" səfərdə "Vilyarreal"ın qonağı olub. 8 qolun vurulduğu matçda kataloniyalılar məğlubiyyətdən son dəqiqələrdə xilas olublar. Görüş 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər oyunlarında "Atletiko" "Jirona"nı 2 cavabsız qolla məğlub edib. "Xetafe" isə səfərdə "Espanyol"la sülh bağlayıb - 1:1.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Futbol   Barsa   La-Liqa