“Barselona” bir dəqiqədə iki qol vurdu - VİDEO

  07 Aprel 2019    Oxunub : 2151
 “Barselona” bir dəqiqədə iki qol vurdu - VİDEO
İspaniya La Liqasında 31-ci turun oyunları davam edir.

Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Barselona” Madrid təmsilçisi “Atletiko”nu qəbul edib.
“Nou Kamp” stadionunda baş tutan görüş “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisinin qələbə qolları 85 və 86-cı dəqiqədə vurulub.

Bu oyundan sonra lider “Barselona” xallarının sayını 73-ə çatdırıb, “Atletiko” isə 62 xalla 2-ci sırada yer alıb.



Azvision.az

Teqlər: Barselona   Atletiko