Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - FOTO

  09 Aprel 2019    Oxunub : 11525
 Leyla Əliyevadan qızı Əminəyə ad günü təbriki - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminəni doğum günü münasibətilə təbrik edib.

Azvision.az xəbər verir ki, Leyla Əliyeva təbrik mesajını "İnstagram" hesabında paylaşıb.
“Sevimli Əminəmi ad günü münasibəti ilə təbrik edirəm! Dünyanın bütün uşaqlarına xoşbəxtlik, cansağlığı, təbəssüm arzulayıram! Arzu edirəm ki, bütün valideynlər övladlarını anlasınlar, sevindirsinlər və eşitsinlər, onlara yalnız xoş və səmimi sözlər desinlər ki, uşaqlar xoşbəxt, xeyirxah və güclü böyüsünlər! Təbriklərə görə hamıya təşəkkürümü bildirir, ən xoş günlər arzulayıram! Allah hamını saxlasın!".









Azvision.az

Teqlər: Leyla-Əliyeva   Əminə