Azərbaycan və Rusiya hərbi maliyyəçiləri görüşüb

Azərbaycan və Rusiya hərbi maliyyəçiləri görüşüb
  12 Aprel 2019    Oxunub:1227
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda “Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi” mövzusunda işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Azvision.az


Teqlər: MN   Rusiya  





Xəbər lenti