Döyüldüyü deyilən şagirdin səhhəti ilə bağlı açıqlama - FOTO

 Döyüldüyü deyilən şagirdin səhhəti ilə bağlı açıqlama -    FOTO
  12 Aprel 2019    Oxunub:3192
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün Bakının 321 nömrəli tam orta məktəbində müəllimi tərəfindən döyüldüyü deyilən Aqşin Hüseynzadəyə baş çəkib.
Azvision.az -ın məlumatına görə, nazirliyin rəsmisi bildirib ki, hazırda şagirdin vəziyyəti yaxşıdır: "Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Şagird evlərinə gedir . Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək".

Azvision.az


Teqlər: Məktəb   Şagird  





Xəbər lenti