AQTA un kisəsindən heyvan sümüyünün çıxmasını araşdırır

AQTA un kisəsindən heyvan sümüyünün çıxmasını araşdırır
  12 Aprel 2019    Oxunub:1886
Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyünün çıxması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, sözügedən hadisə ilə bağlı video-görüntü mətbuatdan götürülüb və agentlikdə araşdırmalara başlanılıb.

“Araşdırmalar başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb. Bu barədə KİV-lərdə məlumat yayılıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: AQTA  





Xəbər lenti