Nazirlik II qrup əlilin şikayətinə aydınlıq gətirib
Lakin müəyyən olunub ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 23.08.2017-ci il tarixində sistemə göndəriş daxil edilib ki, göndərişdəki diaqnoz əsasında da F.Nuriyevə qanunvericiliyə uyğun olaraq II qrup əlillik təyin edilib. Onu da bildiririk ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan həyata keçirilir.
Göndəriş elektron sistemə daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsini, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Yalnız diaqnozdakı məlumatlar əsasında əlillik təyin olunub-olunmaması barədə qərar verilir. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir.
F.Nuriyevə izah olunub ki, əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün yenidən müraciət etmək hüququ var. Yaşadığı rayonun səhiyyə müəssisəsi tərəfindən onunla bağlı sistemə yenidən göndəriş daxil edildiyi halda, əlilliyi göndərişdəki diaqnoza uyğun təkrar qiymətləndiriləcək.
Azvision.az