Bəzi marşrutların hərəkət istiqaməti dəyişib

  12 Aprel 2019    Oxunub : 478
Bəzi marşrutların hərəkət istiqaməti dəyişib
Aprel ayının 12-də axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.

Azvision.az

Teqlər: BNA