İlin əvvəlindən bu günədək doğuş zamanı 9 ana ölüb
Bu barədə Azvision.az -a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, ana ölümlərinin əksəriyyəti təhlil edilib.
S.Məmmədova qeyd edib ki, əsasən rayonlarda ağır xəstələr daha çox olur. "Onları Bakıya təxliyə edib, çatdıra bilmirik. Amma ağır xəstə vaxtında Bakıya gətiriləndə və ya buradan həkimlər vaxtında rayona gedəndə həmin xəstəni vəziyyətdən çıxara bilirik. Bu il 40-dan artıq kritik vəziyyətdə olan hamilələr olub ki, son məqamda müraciət ediblər və Bakıdan yardım gedib. Nəticədə qadınlar kritik vəziyyətdən çıxarılıb".
Direktor hesab edir ki, ana ölümlərində həkim, valideyn məsuliyyətsizliyi yarıbayarıdır: "Əgər qadın məsləhətxanasının həkimi gəlib qapını döyüb və ona qapını açmırlarsa, hündürmərtəbəli binaların nəzarətçisi içəri buraxmırsa, biz riskli hamiləni oradan neçə çıxaraq? Gərək onun şüuru olsun. Kiminsə hansısa həkim xoşuna gəlmirsə, digərinə müraciət etsin, seçim hüququ verilib".
Aytən Zəhra
Azvision.az