Narkotik alverçisindən 1,3 kq marixuana götürülüb

Narkotik alverçisindən 1,3 kq marixuana götürülüb
  13 Aprel 2019    Oxunub:1893
Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılan 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti