Bakıdan İsmayıllıya qonaq gedən kişi maşında öldü

  13 Aprel 2019    Oxunub : 1222
 Bakıdan İsmayıllıya qonaq gedən kişi maşında öldü
Bakıdan İsmayıllı rayonuna qonaq gedən paytaxt sakini dünyasını dəyişib.

Azvision.az -ın məlumatına görə, hələlik kimliyi bilinməyən orta yaşlı kişi Bakıdan taksi ilə İsmayıllıya yola düşüb.
Sürücü yol boyu onun yatdığını zənn edib. Rayona çatdıqda isə hansı istiqamətə getməli olduğunu soruşub. Həmin şəxsin cavab vermədiyini görən sürücü ona yaxınlaşanda, öldüyü məlum olub. Dərhal təcili tibbi yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bakının Ramana qəsəbəsində qeydiyyatda olan kişinin ürəktutmasından öldüyü ehtimal edilir.

Rüstəm İsmayılov
Azvision.az

Teqlər: Bakı   İsmayıllı