Qanunsuz silah gəzdirən Astara sakini saxlanılıb

  13 Aprel 2019    Oxunub : 934
Qanunsuz silah gəzdirən Astara sakini saxlanılıb
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Həsənov saxlanılıb.
Azvision.az xəbər verir ki, Ramil Həsənovun üzərinə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Astara