Əcnəbilər Azərbaycanda 2 mindən çox mənzil alıb - VİDEO

   Əcnəbilər Azərbaycanda 2 mindən çox mənzil alıb -    VİDEO
  15 Aprel 2019    Oxunub:3533
Ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu, öncəki illərlə müqayisədə çoxdur.

Mənzillərə maraq göstərən xaricilər daha çox Şərq ölkələrinin vətəndaşlarıdır. Daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır. Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür.
Ekspertin sözlərinə görə, bu il və növbəti illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu isə turizmin inkişafı və bunun nəticəsində xaricilərin Azərbaycan haqqında daha çox məlumat alması ilə bağlıdır. Eyni zamanda xaricilərin daşınmaz əmlaka olan marağı mənzil qiymətlərinin qismən də olsa bahalaşmasına da gətirib çıxaracaq. (Xəzər TV)



Azvision.az



Teqlər: Mənzil   Əmlak  





Xəbər lenti