“Gömrükdə 16 narkoqrup aşkar edilib” - Səfər Mehdiyev

  15 Aprel 2019    Oxunub : 1577
“Gömrükdə 16 narkoqrup aşkar edilib” - Səfər Mehdiyev
"2019-cu ilin 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik dövriyyədən çıxarılıb".
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Komitə sədri bildirib ki, gömrük keçid məntəqələrinin hər birində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər ciddi şəkildə yoxlanılır:

S.Mehdiyev, həmçinin qeyd edib ki, Dövlət Gömrük Komitəsi bütün mümkün vasitələrdən istifadə etməklə ölkənin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Gömrük   Komitə   Səfər-Mehdiyev