“QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib – FOTOFAKT

  19 Aprel 2019    Oxunub : 16116
 “QHT sədri” aldığı yüz minlərlə pulu hara xərcləyib – FOTOFAKT
Müxtəlif beynəlxalq donorlar tərəfindən Azərbaycandakı “ictimai təşkilatlara”, “QHT”-lərə ayrılan pulların əslində hara getməsi, nəyə xərclənməsi haqda söhbətlər xeyli vaxtdır davam edir. Bu sferada olduqca böyük maxinasiyalar baş verir. Xüsusilə də qeydə alınmamış QHT-lərin fəaliyyətində şəffaflıq olmadığından, yeyintilər fantastik miqyas alır.
Belə QHT-lərdən biri də “Demokratik təşəbbüslər institutu” adlanan, qeydiyyatdan keçməmiş qurumdur. Onun rəhbəri Akf Qurbanov “tələbələr və gənc fəallar üçün təlimlərin keçirilməsi” adı ilə xaricdən külli miqdarda pul alır. Təkcə 2018-ci ildə ona 85 min manatın verildiyi deyilir, amma bu, sadəcə aysberqin görünən hissəsidir, real məbləğ isə qat-qat çoxdur. Məhz nə qədər? Dediyimiz kimi, şəffaflıq olmadığından, bunu müəyyən etmək çətindir. Amma Qurbanovun son vaxtlarda aldığı daşınmaz əmlaklara baxanda bu haqda müəyyən təsəvvürlərə gəlmək mümkündür.



O, həmin pulları ilk növbədə ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərindən alıb. Pullar “təlim keçmək” adı ilə və qrant kimi alıb, hərçənd, vəsait xidməti müqavilə ilə rəsmiləşdirilib. Amma həmin pulların böyük hissəsi hansısa hipotetik “təlimlərə” yox, şəxsən Akif Qurbanovun zənginləşməsinə və mülklərinin sayının artmasına sərf olunub.



Söhbət hansı mülklərdən gedir? Gəlin, baxaq. Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 58 ünvanında yerləşən dəbdəbəli təzə tikilidə 120 kvadratmetrlik mənzil alıb, lüks təmir etdirmək sizcə, neçəyə başa gələr? Bakının mənzil bazarına bələd olanlar sizə 300.000 manata yaxın bir rəqəm deyəcəklər. Akif Qurbanovun lüks mənzilinin ona neçəyə başa gəldiyini bilmirik, amma fakt budur ki, o, hazırda həmin evdə yaşayır.



Qərbdən gələn zəhmətsiz pullarla dolanan adam üçün şəhərin bahalı yerində lüks mənzil nədir ki? Heç nə! O, mütləq şəhərdən kənarda bir villa da arzulayacaq. Qurbanov da arzulayıb və Qərbdəki kassirlərinin hesabına hazırda arzusunu reallaşdırmaqdır: Abşeron yarımadasının ən məşhur istirahət yerlərindən olan Ləhiş bağlarında 12 sot torpaq alıb və hazırda özünə dəbdəbəli villa tikdirir. Qeyd edək ki, həmin ərazidə torpağın bir sotu ən azı 3-4 min manatdır. Əlimizdə olan fotolardan belə başa düşmək olur ki, hazırda torpaq sahəsində evin, hovuzun, parkinqin və digər zonaların tikintisi gedir, bağ salınır.



Maraqlıdır, görəsən, bu pulları Akif Qurbanova verənlər onun hara, necə xərcləndiriyindən xəbərdardırlarmı? Bu pulların hesabına təlim keçməli olan gənclər bilirlərmi ki, onların adından istifadə edən bir fırıldaqçı natəmiz yollarla əldə etdiyi pulların hesabına özünə belə mülklər alıb?

Akif Qurbanovun təşkil etdiyi treninqlərin və məsələnin digər detallarının haqqında növbəti yazıda ətrafl danışacağıq.




Tariyel Həsənov
Azvision.az

Teqlər: QHT   Akif-Qurbanov