Azərbaycana 3 ayda 167 min rus turist gəlib

  24 Aprel 2019    Oxunub : 1025
Azərbaycana 3 ayda 167 min rus turist gəlib
Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox turist səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, cari ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçi Azərbaycana gəlib.

Agentlin rəhbəri qeyd edib ki, Rusiya Azərbaycanın turizm bazarının əsas iştirakçılarından biridir: "Rusiyalı turistlər ölkəmizin mədəni-tarixi irsinə maraq göstərirlər".

Azvision.az

Teqlər: Turizm   Rusiya   Agentlik