“Formula 1”-ə həsr olunan poçt markası buraxılıb - FOTOLAR

“Formula 1”-ə həsr olunan poçt markası buraxılıb -    FOTOLAR
  25 Aprel 2019    Oxunub:1926
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlı poçt markası dövriyyəyə buraxılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sözügedən marka 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib.

Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub. Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 000 ədəd təşkil edir.




Azvision.az



Teqlər: Formula-1   Poçt  





Xəbər lenti