Lənkəranda it dişləyən 10 nəfərin vəziyyəti necədir?

  Lənkəranda it dişləyən 10 nəfərin vəziyyəti necədir?
  25 Aprel 2019    Oxunub:2276
Lənkəranda it dişləyən 10 nəfərin hər birinə quduzluq əleyhinə zərdablar vurulub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

“Gigiyena və Epidemiologiya Stansiyasına, Bakteroloji laborotiyaya məlumat verilib. İtlər həmin şəxslərin müxtəlif bədən nahiyyələrindən dişləyib. Dərhal onlara ilkin tibbi yardım göstərilib, zərdab vurulması üçün poliklinikaya aparılıblar. Hər şey nəzarət altındadır. Bu gün evə buraxılacaqlar”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Lənkəran rayonunun Liman şəhərində 10 nəfəri it dişləyib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Lənkəran   İt  





Xəbər lenti