“Kafe abidəyə heç bir zərər yetirmir” - İttihamlara cavab verildi

“Kafe abidəyə heç bir zərər yetirmir” -  İttihamlara cavab verildi
  25 Aprel 2019    Oxunub:1892
"Qala divarlarının sökülməsi barədə iradlar tam əsassızdır"

Azvision.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov şəxsi "Facebook" hesabında yazıb.
O, əraziyə baş çəkdiyini, söküntü işlərinin aparılmadığını bildirib: "Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və abidəyə heç bir zərər yetirmir.

İnanmıram ki, bu absurd iradları səsləndirən insanlar indi də baxıb sakitləşsinlər, amma bir şey aydındır ki, “İçərişəhər” İdarəsi öz rəsmi mövqelərini həmin şəxslərdən fərqli olaraq yalnız düzgün faktlar əsasında bildirir, hansısa uydurmalar əsasında yox".





Azvision.az



Teqlər: İçərişəhər  





Xəbər lenti