“Formula 1”ə görə bəzi universitetlərdə dərslər dayandırılır

   “Formula 1”ə görə bəzi universitetlərdə dərslər dayandırılır
  25 Aprel 2019    Oxunub:2268
Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah bəzi universitetlərdə dərslər dayandırılacaq.

Azvision.az -ın məlumatına görə, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrində cümə günü dərs olmayacaq.
Artıq Azərbaycan Pedoqoji Universitetinin, Dövlət İqtisad Universitetinin əsas binasında və Qərbi Kaspi Universitetinin əsas korpusunda təhsil alan tələbələrə sabah dərsə gəlməmələri barədə tapşırıq verilib.

Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Universitet   Dərs  





Xəbər lenti