Akademik Zərifə Əliyevanın xatirəsi anılıb - FOTOLAR

Akademik Zərifə Əliyevanın xatirəsi anılıb -  FOTOLAR
  25 Aprel 2019    Oxunub:2205
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilən tədbir keçirib.
Azvision.az xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda Zərifə Əliyevanın abidəsi ziyarət olunub, məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra tədbir YAP-ın mərkəzi qərargahında davam etdirilib. Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib.

Çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib ki, şərəfli həyat yolu keçən Zərifə Əliyeva ömrü boyu gözlərə nur verib: “Zərifə Əliyeva fəaliyyəti ilə Azərbaycanı tanıdıb. Onun həyatından örnək götürülməlidir. O, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirib, təvazökar insan olub. Hər bir millətin ucalığını anaların sanbalı ilə ölçmək lazımdır. Zərifə xanım çətin həyat yaşayıb. Tanınmış ailənin övladı kimi həm Bakıda, həm də Moskvada yaşayan zaman milli-mənəvi dəyərləri uca tutub. O, bizim hər birimizə örnəkdir. Mehriban Əliyeva fəaliyyəti ilə Zərifə xanımın gəlini kimi bir örnəyə çevrilib".

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb. O, bildirib ki, Zərifə Əliyevanın həyat və fəaliyyəti hər bir qadın üçün nümunədir: "Onun əsas fəaliyyəti insanlara kömək etmək idi. Zərifə Əliyeva uşaqlıqdan mehribanlılıq, istiqanlılıq, incəlik görüb. O, həmişə xalqı düşünüb".

Tədbirdə çıxış edən digər iştirakçılar da Z.Əliyeva ilə bağlı fikirlərini bildiriblər.











Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Zərifə-Əliyeva   YAP  





Xəbər lenti