Vəkillər üçün seminar keçirilib

Vəkillər üçün seminar keçirilib
  25 Aprel 2019    Oxunub:1799
Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında ABŞ-Azərbaycan Ticarət Palatası, GMN (Global mediators and negotiators) beynəlxalq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a bildiriblər ki, dünyanın bir çox ölkələrində keçirilən seminarların davamı olaraq bu il ölkəmizdə səfərdə olan ekspert, hüquq elmləri doktoru Deniz Güner tərəfindən “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” və digər mövzularda vəkillərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırlıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti