Bu yollarında rənglənmə işləri aparılacaq

Bu yollarında rənglənmə işləri aparılacaq
  25 Aprel 2019    Oxunub:1819
Paytaxtın bir sıra mərkəzi küçələrində üfüqi nişanlanma xətləri çəkiləcək.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyat küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 25, 26 və 27 aprel tarixlərində saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti