XİN-dən Keşikçidağla bağlı iddialara cavab

 XİN-dən Keşikçidağla bağlı iddialara cavab
  25 Aprel 2019    Oxunub:2980
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Keşikçidağ monastır kompleksinə girişin məhdudlaşdırılması barədə Gürcüstan mediasında məlumatın yayılmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib:

“Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur.

Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”.

Azvision.az



Teqlər: XİN   Leyla-Abdullayeva  





Xəbər lenti