Qaradağın bəzi ərazilərində işıq olmayacaq

  26 Aprel 2019    Oxunub : 715
Qaradağın bəzi ərazilərində işıq olmayacaq
Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq.
"Azərişıq" ASC-dən Azvision.az -a bildirilib ki, 110 kilovoltluq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq aprelin 26-da saat 11:00-dan 15:00-dək Qaradağ rayonu, Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Azvision.az

Teqlər: Azərişıq