Aqrar sığortanın predmeti müəyyən edilib
Qanun layihəsinin 4-cü (Aqrar sığortanın predmeti) maddəsinə əsasən, aşağıdakılar aqrar sığortanın predmeti sayılır:
1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
2. Kənd təsərrüfatı heyvanları;
3. Ev quşları;
4. Arı ailələri;
5. Kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları;
Qeyd olunub ki, istehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: