“Xaricdən mütəxəssis çağırmağa ehtiyac yoxdur” - Deputat

“Xaricdən mütəxəssis çağırmağa ehtiyac yoxdur” -    Deputat
  26 Aprel 2019    Oxunub:1901
"Sığorta məsələsində ən ciddi məqam qiymətqoymadır"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildiirb ki, Azərbaycanda kifayət qədər qiymətqoyma mütəxəssisi var və buna görə xaricdən adam çağırmağa ehtiyac yoxdur.

“Bundan başqa, Azərbaycanda kifayət qədər dövlət və qeyri-dövlət sığorta şirkətləri fəaliyyət göstərir. Lakin qanunda ayrıca aqrar sığortanı həyata keçirən aqrar sığorta şirkəti yaradılır. Bilmək istəyirəm ki, qeyri-dövlət sığorta şirkətləri aqrar sığortanı həyata keçirə biləcəklərmi? Digər məsələ, bu sığorta könüllü olacaq, ya icbari?”

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vahid-Əhmədov   Deputat  





Xəbər lenti