Prezident iki ölkə rəsmisini təbrik edib

  26 Aprel 2019    Oxunub : 932
Prezident iki ölkə rəsmisini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Kralı Villem-Aleksanderə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya da təbrik məktubu göndərib. Məktubda deyilir: "Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Azvision.az

Teqlər: İlham-Əliyev