Bakı pravoslavları Pasxanı qeyd ediblər - FOTOLAR

  28 Aprel 2019    Oxunub : 1616
 Bakı pravoslavları Pasxanı qeyd ediblər - FOTOLAR
Tolerant və multikultural ölkə olan Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin və milliyyətlərin nümayəndələri yüz illərdir yan-yana, sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar.
Aprelin 27-dən 28-nə keçən gecə Bakıdakı Müqəddəslər Jen-Mironosets Kafedral kilsəsində pravoslav xristianlar mübarək Pasxanı qeyd ediblər.

Pravoslav xristianlar kilsədə bayram ayinini yerinə yetiriblər. Onlar müqəddəs moizələrə qulaq asıb, şam yandırıblar.

Pasxa xristianların ən qədim, mühüm və əziz bayramlarından biridir. Pravoslav təqviminə görə, Müqəddəs Pasxa günü – İsa Məsihin dirilməsi bayramı bu il aprelin 28-nə təsadüf edir. Ənənəyə görə, cümə axşamı səhərdən başlayaraq şirin kökələr bişirilir, axşam Pasxaya hazırlıq görülür, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə isə xristian dini məbədlərində Pasxanın başlanmasını və Məsihin Dirilməsi bayramını bildirən ibadət keçirilir.

Məsihin Dirilməsi münasibətilə Pasxa süfrəsi ətrafına toplaşan pravoslav xristianlar bir-birini boyanmış yumurtalar və şirin kökələrə qonaq edir, “Məsih dirilib!” sözləri ilə salamlayırlar. (AzərTac)













Azvision.az

Teqlər: Pasxa   Pravoslav