DSX rəisi yenidən Ermənistanla sərhədə gedib

 DSX rəisi yenidən Ermənistanla sərhədə gedib
  01 May 2019    Oxunub:4367
Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.
DSX-dan Azvision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub.



Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Elçin-Quliyev   DSX  





Xəbər lenti