Prezident məcəlləyə dəyişikliklə bağlı qanunu imzaladı
Azvision.az xəbər verir ki, bu dəyişiklik daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulmasına görə cəzaları müəyyən edir.
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 1000 manat məbləğində cərimə olunurlar.
Müəyyən edilən qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə vəzifəli şəxslərə 1 500 manat məbləğində cərimə tətbiq edilir.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident Məcəllə