Oğuzda sərxoş avtoxuliqan saxlanılıb

Oğuzda sərxoş avtoxuliqan saxlanılıb
  02 May 2019    Oxunub:3554
Oğuz rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Belə ki, “Opel” markalı 99-HM-794 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən sürücüyə “saxla” əmri verilib. Ancaq sürücü bu əmrə tabe olmayaraq hərəkətə davam etdiyindən yol polisi sürücünü təqib etməyə başlayıb. Təqib zamanı dəfələrlə edilən çağırışlara baxmayaraq sürücü ictimai qaydanı və digər hərəkət iştirakçılarının da təhlükəsizliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq edib. DYPB-nin əməkdaşları bir müddət sonra həmin avtomobili saxlamağa nail olublar. Avtomobilin sürücüsü Bakı şəhər sakini Vəfadar Nəbiyevin həm də sərxoş olduğu müəyyən olunub.

Sürücü V. Nəbiyev İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək toplanmış material Oğuz Rayon Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: DİN   Oğuz  





Xəbər lenti