Prezident Yaponiyanın yeni İmperatorunu təbrik edib

   Prezident Yaponiyanın yeni İmperatorunu təbrik edib
  02 May 2019    Oxunub:1357
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Azvision.az - ın xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Azvision.az



Teqlər:





Xəbər lenti